Gələn ildən bioloji və beyin ölümü barədə qərarlar dövlət arxivində saxlanılacaq
14.04.2021 11:30

Gələn il yanvarın 1-dən başlayaraq, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar dövlət arxivində 15 il saxlanılacaq.

 

Aztibb.az-ın məlumatına görə, Milli Arxiv İdarəsi Kollegiyası bununla bağlı “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda müvafiq dəyişiklik edəcək.

 

Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərarlardan elmi-tədqiqat və klinik müalicə-profilaktika müəssisələrində profilaktikanın səmərəli metodlarının öyrənilməsi, diaqnostikası, o cümlədən səhiyyə tarixinin inkişafı üçün əhəmiyyəti olanlar isə daimi saxlanacaq.

 

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli qanuna əsasən, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində də 15 il saxlanmalıdır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib