“Tanrının əli” – Tibbdə təqlid
13.04.2021 17:02

Xəstələrə toxunma hissini vermək üçün əllərinə bağlanan isti su ilə doldurulmuş tibbi əlcək fotosu sosial mediada böyük marağa səbəb olub. Aztibb.az xəbər verir ki, bu təqlid Braziliyada xüsusi rejimli xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinə edilib. Minlərlə insanın paylaşdığı fotoşəkilə əksər izləyicilər “Tanrının əli” şərhini yazıb. Xəstələrə bu tərzdə dəstək olmanın artıq geniş yayıldığı da bildirilib.


Həkim-epidemioloq Erik Feiql-Dinq fotonu sosial mediada paylaşıb. “COVID-19-un varlığına inanmayanların hadisələri və ölümləri də inkar etməsinə imkan verməyin. Pandemiyaya son qoyaq”, - deyə çağırış edib. O, xüsusi rejimdə saxlanılan xəstələrin yanlarında kimsəsi olmadan vəfat etdiyini, lakin ölüm öncəsi yaxınlarının toxunuşunu arzuladıqlarını və bu hissi təqlid etmək üçün tibb bacılarının əlcəkləri isti su ilə doldurub xəstələrin əlinə bağladıqlarını bildirib.  

 

Bu metod ölüm halını azalda bilər 

 

“Reanimasiyada olan xəstələrdə qavrayış, mühakimə və düşüncə pozğunluğu əlamətlərinin yaranmasının əsas səbəblərindən biri onların sosial təcrid edilməsidir. Düşünürəm ki, bu metod hətta ölüm hallarını da azalda bilər”, – deyə psixiatr Veysi Çeri bildirib.

 

Yenilik deyilmiş

 

Fotoda əks olunan metod kütləvi olaraq sosial media izləyiciləri tərəfindən yenilik kimi qiymətləndirilsə də, mütəxəssislər bunun tibbdə çoxdan tətbiq olunduğunu deyiblər. Məlum olub ki, həmin tibbi metod periferik qan dövranı və hipotermiyası pozulmuş xəstələr üçün tətbiq olunur. Odur ki, yenilik deyil. Hətta intubasiya olunmuş xəstələrin əl və barmaqlarında oynaq sərtliyinin qarşısını almaq üçün də bu üsuldan istifadə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib