Bu il 2731 nəfər əlilliyi olan şəxsə 11212 reabilitasiya vasitəsi verilib
12.04.2021 16:11

2021-ci ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2731 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, onlardan 443-ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.  

 

Yanvar-mart aylarında əlilliyi olan şəxslərə bir hissəsi mühərrikli olan 282 təkərli oturacaq, 325 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 194 aşağı və yuxarı ətraf ortezi, 3565 müxtəlif reabilitasiya vasitəsi, 31 bel və boyun nahiyəsi üçün korset, 643 cüt protez ayaqqabı, 636 cüt ortopedik ayaqqabı, dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi  olan şəxslər həmçinin  653 qoltuqaltı və dirsəkaltı ağac, 636 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

 

Ümumilikdə, son 3 ayda 2731 əlilliyi olan şəxsə 11212 reabilitasiya vasitəsi verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib