Türkiyədə Ramazan ayında pandemiya ilə bağlı qadağalar sərtləşdiriləcək
12.04.2021 15:40

Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar qardaş Türkiyədə COVID-19-la bağlı qadağaların sərtləşdirilməsi nəzərdə tutulub.

 

Aztibb.az xəbər verir ki, Ramazan ayının başlaması ilə Türkiyənin 58 vilayətində tətbiq olunan həftəsonu qadağası bütün ölkəni əhatə edəcək. Müqəddəs ay boyunca qardaş ölkədə həftə içi hər gün axşam saat 21:00-dan səhər saat 05:00-dək “Evdə qal” məhdudiyyətinin tətbiqi nəzərdə tutulur.

 

Bundan başqa, ölkədə kütləvi tədbirlərin keçirilməsi, o cümlədən imsak və iftar yeməklərinin birgə keçirilməsi qadağan edilir, kafe və restoranlar isə müştərilərə paket servisi şəklində xidmət göstərəcək. Qida məhsulları satış müəssisələri, eləcə də çörək sexlərinin fəaliyyətinin iftardan bir saat əvvəl dayandırılması nəzərdə tutulur.

 

Ölkə ərazisində axşam saatlarında yaşana biləcək sıxlığın qarşısının alınması məqsədilə ictimai nəqliyyat gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi şurasının bu gün keçirilməsi nəzərdə tutulan toplantısından sonra qadağaların daha da sərtləşdirilməsi gözlənilir.

 

Ölkə mütəxəssisləri isə Ramazan ayı ilə əlaqədar qadağaların sərtləşdiriləcəyi və vaksinasiya prosesinin artırılacağı təqdirdə xəstəliklə mübarizədə əhəmiyyətli nəticələrin əldə ediləcəyinə ümidvar olduqlarını bildirirlər.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib