Ötən ay icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib  
12.04.2021 14:20

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdikləri ilkin hesabatlara əsasən, 2021-ci ilin mart ayı ərzində 337 807 nəfər sözügedən müəssisələrə ümumilikdə 535 714 dəfə müraciət edib.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, bu müraciətlər üzrə ümumilikdə 1 180 643 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 002 940-ı ambulator, 177 703-ü isə stasionar şəraitdə göstərilib. 

 

Cari ilin mart ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir şəhəri (402), Şirvan şəhəri (200), Yevlax (165), Zaqatala (164), Ağdaş (160), Qəbələ (158), Oğuz (150), Ağstafa (145) rayonları, Gəncə şəhəri (137) və Göyçay (136) rayonudur. 

 

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (118 449), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (91 800), Xaçmaz (59 685), Yevlax (56 156), Ağdaş (42 782), Şəki (37 790), Quba (37 440), Zaqatala (34 954), Göyçay (34 699) və Qusar (31 778) rayon Mərkəzi Xəstəxanaları daxildir.  

 

Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Ağdaş, Şəki, Zaqatala, Göyçay, Quba və Beyləqan rayon Mərkəzi Xəstəxanaları daxil edilib. 

 

Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğuna Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Qusar, Ağdaş, Bərdə rayon Mərkəzi Xəstəxanaları, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Göyçay rayon Mərkəzi Xəstəxanaları daxildir.

 

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub. 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. 

 

2021-ci ilin mart ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (255 100), Şəki-Zaqatala TƏB (180 799), Quba-Xaçmaz TƏB (166 183), Gəncə TƏB (144 161), Göyçay-Kürdəmir TƏB (94 943), Dağlıq Şirvan TƏB (80 493), Şəmkir-Tovuz TƏB (73 895), Ağdam-Ağcabədi TƏB (57 597), İmişli-Sabirabad TƏB (54 480), Lənkəran TƏB (40 097), Cəlilabad-Salyan TƏB (31 601) və Sumqayıt TƏB (1 294).

 

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.

 

Ümumilikdə 2021-ci ilin I rübü ərzində 711 498 nəfər 1 544 679 dəfə tibb müəssisələrinə müraciət edərək 3 268 080 sayda tibbi xidmətlərdən istifadə edib.

 

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Azərbaycanda transplantasiyanın tarixi   
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib