Koronavirusa yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəlik yaşayır  – ARAŞDIRMA
11.04.2021 10:05

Koronavirus infeksiyasına yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə üz-üzə qalır.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı “Lancet Psychiatry” tibbi jurnalında yayımlanan məqalədə bildirilib.

 

ABŞ-da 240 minə yaxın insan üzərində aparılan tədqiqata əsasən, COVID-19-a tutulanların yüzdə 34-də yoluxmadan sonra, altı ay ərzində nevroloji və ya psixoloji xəstəliklərin əlamətləri aşkar olunub.

 

Nevroloji xəstəliyin əlaməti daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə görülüb. Belə xəstələrin hər 50 nəfərindən biri beyində qan damarlarının daralması və ya tıxanması ilə qan axınının azalması səbəbindən insult keçirib.

 

"Nəticələrə əsasən beyin xəstəlikləri və ya psixiatrik xəstəliklər COVID-19-dan sonra qrip və ya tənəffüs yolları xəstəlikləri ilə müqayisədə daha çox ortaya çıxdı. Ancaq bunun əsaslı səbəbi müəyyən edilə bilmədi", – deyə məqalədə bildirilib.

 

Xəstələrdə, həmçinin yuxu pozğunluğu, tromboz nəticəsində infarkt və beyin qanaması da təsbit edilib.           

 

Məqalədə qeyd olunub ki, başlanğıcda koronavirus xəstəliyi yalnız qızdırma, öskürək və nəfəs darlığı kimi simptomlarla bilinirdisə, sonrakı dönəmdə orqanlarda zədələnmə, dəridə dəyişikliklər, həzm, beyin və sinir sistemi xəstəliklərinin əlamətləri də müəyyən olunub. Eyni zamanda, COVID-19 xəstələrində əzələ ağrısı, baş ağrısı, başgicəllənmə, qoxu və dad hissinin itməsi əlamətlərinin də yaşandığı məlumdur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib