İtaliya yay mövsümündə turistləri peyvənd pasportu ilə qəbul edəcək  
11.04.2021 09:37

Dünyada koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərin aradan qaldırılması üçün milli fəaliyyət planlarının həyata keçirildiyi bir dövrdə turizmin inkişaf etdiyi ölkələr qarşıdakı yay mövsümündə turistlərin cəlb edilməsi üçün yollar axtarırlar.

 

Aztibb.az xəbər verir ki, İtaliyanın turizm naziri Massimo Qaravaliya yay aylarında peyvənd pasportu olan turistlərin qəbul ediləcəyini elan edib. O, bir çox turizm regionlarında yay tətili üçün sifarişlərin qeydə alındığını əsas göstərərək, artıq iyun ayından belə bir sistemin tətbiqini mümkün hesab edib. Nazir bildirib ki, qarşıdakı turizm mövsümünü təkcə yerli turistlər üçün deyil, eyni zamanda əcnəbi turistlərin qəbulu üçün hazırlamaq istiqamətində bütün qüvvələr səfərbər edilməli və qarşıdakı mövsümün itkiyə getməsinə imkan verilməməlidir.

 

Həmçinin bildirilib ki, digər ölkələrin nümunəsi əsasında əcnəbi turistlərin peyvənd pasportu əsasında qəbulu ən optimal variant kimi görünür. Çünki Amerika və Avropa İttifaqı sakinləri yay aylarına kimi bu cür pasportlarla təmin olunmalıdırlar və bu da ölkənin əsas turizm mərkəzləri üçün yetərincə böyük turist kütləsi deməkdir.

 

Qeyd edilməlidir ki, iyunun 2-də İtaliyada yay turizm mövsümünün rəsmi açılışı olmalıdır. İlkin olaraq Siciliya və Sardiniya kimi “koronavirusdan azad” regionların turist qəbul edəcəyi gözlənilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib