Qrip əleyhinə peyvənd əsasında koronavirusa qarşı yeni vaksin hazırlanıb
15.08.2020 22:08

ABŞ-ın molekulyar bioloqları qrip virusunun zəiflədilmiş formasının genomunun bir hissəsini SARS-CoV-2-nin RNK-sı ilə əvəz edərək yeni növ koronavirusa qarşı daha bir vaksin yaradıblar. Alimlər vaksin üçün əsas kimi qrip əleyhinə geniş tətbiq edilən peyvənddən istifadə ediblər.

 

Aztibb.az tass.ru-ya istinadla xəbər verir ki, preparat siçanlar üzərində müvəffəqiyyətlə sınaqdan keçirilib.

 

Bu vaksinin tək dozası siçanların orqanizmini təxminən COVID-19 xəstəliyini keçirmiş insanların qanının zərdabında olduğu qədər SARS-CoV-2-ni neytrallaşdıran anticismlər istehsal etməyə məcbur edib. Bu halda vaksin gəmiricilərdə heç bir xəstəlik simptomuna səbəb olmayıb.

 

"Onu  qrip əleyhinə peyvəndlərin artıq mövcud olan platformalarından istifadə edərək sənaye miqyasında istehsal etmək mümkündür", – deyə tədqiqatçılar məqalələrində qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır