Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 700 milyon dozanı ötüb
08.04.2021 15:04

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 153-ə çatıb.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında dərc etdiyi infoqrafikada qeyd olunub.

 

Bildirilib ki, vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 704 milyon dozadan çox vaksin vurulub.

 

Qeyd olunub ki, bu doza dünya əhalisinin 4.6%-nin vaksinasiyası üçün kifayət edir. Məlumata görə, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik vaksin olunanların sayı 16.1 milyon nəfərə çatıb. Hazırda vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 10.1 milyon doza peyvənd vurulub, ölkə əhalisinin 54%-nin vaksinasiyası tam başa çatdırılıb.

 

ABŞ-da 171,4 mln., Çində 143.9 mln., Hindistanda 88.3 mln., Avropa İttifaqında 84.3 mln., Böyük Britaniyada, 37.3 mln., Türkiyədə 17.9 mln., Rusiyada 11.6 mln., doza peyvənd tətbiq edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib