ABŞ-da Britaniya ştammı sürətlə yayılmağa başlayıb
08.04.2021 14:52

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin direktoru Roşel Valenski bildirib ki, koronavirusun Britaniyada aşkar edilən daha yoluxucu ştammı Birləşmiş Ştatlarda üstünlük təşkil edir.

 

Aztibb.az xəbər verir ki, Valenski Ağ evdəki çıxışında deyib: “Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin müşahidələri nəticəsində alınan son dəyərləndirmələrimizə görə, Birləşmiş Ştatlarda dövr edən B-117 Britaniya ştammı hazırda koronavirusun daha çox yayılan formasıdır”.

 

Valenski onun fikirlərini təsdiqləyən statistik məlumatları hələ ki, təqdim etməyib. Lakin mərkəzin son məlumatına görə, fevralın sonlarından martın ortalarınadək olan dövrdə B-117-yə yoluxmaların faizlə sayı azı iki dəfə artıb. Fevralın sonunda bütün yoluxmaların təqribən 11 faizi B-117 variantının payına düşürdü, lakin martın ortaları üçün bu göstərici 27 faizədək yüksəlib.

 

Ekspertlər hesab edirlər ki, koronavirusun B-117 variantı daha yoluxucudur və ehtimal ki, daha ölümcüldür. Əhalinin geniş vaksinlənməsinə baxmayaraq, yoluxma və ölüm hallarının sayının getdikcə artması belə deməyə əsas verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib