ABŞ Rusiya sərhədində bioloji laboratoriyalar yaradır?
08.04.2021 10:50

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ı bioloji silahlar düzəltməkdə ittiham edib.

 

O, bu barədə Kommersant qəzetinə müsahibəsində münasibət bildirib. 

 

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası virusun süni mənşəyinə dair heç bir iz tapmayıb. Buna baxmayaraq, pandemiyanın Çin tərəfindən düşünülərək təşkil olunduğuna dair versiya geniş yayılıb. 

 

Diqqətinizə çatdırmaq istərdim ki, dünyada hər gün ABŞ-ın nəzarətində olan yeni biolaboratoriyalar yaranır. Təsadüfə baxın ki əsasən də Rusiya və Çin sərhədlərində. Bizi inandırırlar ki, bu laboratoriyalarda amerikanlar yerli alimlərə təhlükəli xəstəliklərlə mübarizə üçün yeni yollar inkişaf etdirməyə kömək edirlər. Düzdür, bu obyektlərin yerləşdiyi ölkələrin səlahiyyətliləri divarlarının içində baş verənlər barədə heç bir real fikir sahibi deyillər. Əlbəttə, bizim və çinli tərəfdaşlarımızın sualları var. Sərhədlərimizin yaxınlığında dinc sanitariya və epidemioloji stansiyaların olduğu deyilir, amma nədənsə onlar amerikalıların on illərdir hərbi biologiya sahəsində çalışdıqları Merilenddə yerləşən Fort Detriki xatırladır. Yeri gəlmişkən ətraf rayonlarda bu region üçün xarakterik olmayan xəstəliklərin baş verməsinə diqqət yetirmək lazımdır.

 

-Deyirsiniz amerikalılar orada bioloji silahlar hazırlayır?

 

-Bunun məhz belə olduğuna inanmaq üçün əsasımız var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır