Emin Əmrullayev: "Distant təhsil böyük stres və diskomfort yaradır"  
08.04.2021 09:51

“Distant təhsilin ailələr üçün böyük stres və diskomfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.

 

Aztibb.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: “Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə biruzə verir. Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur. Teledərslər valideynlərin həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləmək, həm də öyrətmək baxımından önəmlidir. Emosioları düzgün idarə etmək lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib