Mütəxəssis: Dişlərdə ağrı ölümcül xəstəliyin əlaməti ola bilər  
07.04.2021 10:14

Rusiya Səhiyyə Nazirliyinin baş stomatoloqu Oleq Yanuşeviç "Moskva 24" telekanalına müsahibəsində dişlərdə ağrının hansı xəstəliklərin əlaməti ola bilməsindən danışıb.

 

Aztibb.az-ın məlumatına görə, mütəxəssis üst çənə dişlərində ağrının onkoloji xəstəliklərlə bağlı ola bilməsindən bəhs edib.

 

"Onlar bəzən maksiller sinusda meydana gəlir. Şiş prosesi inkişaf edir və bu, dişlərdəki hisslərə də təsir edə bilər", - Yanuşeviç deyib.

 

Bundan başqa, stomatoloqun sözlərinə görə, dişlər qaymoritin də əlaməti ola bilər.

 

"Bu ona görədir ki, dişlər çənə sinuslarına çox yaxın yerləşir. Sinüzit (qaymorit) baş verərsə, bu, dişlərdə ağrılara səbəb ola bilər", - mütəxəssis əlavə edib.

 

Həkim qeyd edib ki, hava və atmosfer təzyiqi dəyişiklikləri, həmçinin temperatur anomaliyaları heç vaxt diş hislərinə təsir etməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib