ÜST rəsmisi: "AstraZeneca" ilə tromboz arasındakı əlaqə sübut olunmayıb"
07.04.2021 09:11

"AstraZeneca" peyvəndi ilə tromboz arasındakı əlaqə hələ də sübut olunmayıb".

 

Aztibb.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Standartlar və İlkin Seçim Departamentinin direktoru Roxerio Pinto de Sa Qaspar brifinqdə deyib. 

 

"Dünyanın hər yerindən milli qiymətləndirmə sistemlərindən və regional tənzimləmə orqanlarından məlumatlar alırıq. Lakin hazırda peyvəndlə tromboz arasındakı əlaqə müəyyən edilməyib", - deyə o bildirib.

 

Mütəxəssisin sözlərinə görə, ÜST Avropa Dərman Agentliyi ilə fəal şəkildə işləyir və müvafiq komitənin iclasının nəticələrini gözləyir.

 

"Peyvəndlə bağlı risklərin və faydaların analizi onun faydalarının yaratdığı risklərdən çox olduğunu göstərir. Trombozla birləşən nadir trombositopeniya nümunələrini görürük. Bununla belə, peyvəndin koronavirusdan ölüm sayını əhəmiyyətli dərəcədə azaltdığı başa düşülməlidir. Bu barədə az danışılır, amma bu nəzərə alınmalıdır", - ÜST rəsmisi qeyd edib.

 

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca" vaksininin tromboz yaratdığını açıqlamışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır