ÜST və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə onlayn toplantı keçirib
06.04.2021 11:50
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda köməkçi texnologiyalar (KT) sektorunun (təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) gücləndirilməsi ilə bağlı maraqlı tərəflərin rəhbər işçiləri üçün onlayn toplantı keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə nazirliklərin, dövlət komitələrinin rəhbər işçiləri, parlament komitələrinin sədrləri, universitet və akademiyaların rektor-professor heyəti, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri olmaqla ümumilikdə 45 qurum təmsil olunub.
 
İlk mərhələdə ÜST-ün “Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi”) metodologiyasından istifadə edərək yerli KT ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Araşdırmanın əsas elementlərindən biri ÜST-ün “Qlobal KT İstifadə Proqramı” (GATE Təşəbbüsü) çərçivəsində ölkə üçün prioritet köməkçi vasitələrin siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək vermək, nazirliyin gələcək siyasətinin sübuta yetirilmiş ehtiyaclar və prioritetlər üzərində qurulmasına dəstək göstərməkdir.
 
Toplantıda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Əlil Təşkilatlar İttifaqının prezidenti Davud Rəhimli, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Esmira Əkbərova tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər, görüləcək işlərin əhəmiyyətini və zəruriliyini qeyd ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır