Türkiyə Azərbaycan qazilərinə protez dəstəyi göstərib
06.04.2021 11:02

Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını Türkiyəyə gətirərək protezləri təhvil verməyə başlayıb.

 

Türkiyənin ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Ortez-Protez layihəsini Azərbaycana aparan AID Bakıda üç ölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərib.

 

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə gəlmədən protezlər hazırlanıb. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez qaziyə aeroportda taxılıb. Hava limanında protezini alan qazi daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.

 

Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib