Varlı ölkələr dünyada vaksin defisiti yaradıb - Çinin xarici işlər naziri
05.04.2021 18:20

Varlı ölkələr dünyada istehsal olunan vaksinin 60 faizini satın alıb və bu, inkişaf etməkdə olan ölkələrdə preparatların çatışmazlığına səbəb olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə Çinin xarici İşlər naziri Van İ xarici siyasət idarəsinin rəsmi saytında yerləşdirilən müsahibədə deyib.

 

Qurum rəhbərinin sözlərinə görə, dünyada “vaksin millətçiliyi” güclənib. Dünya əhalisinin 16 faizinin yaşadığı varlı ölkələr istehsal olunan vaksinlərin 60 faizini alıb. İnkişaf etmiş bəzi ölkələr isə əhalisinin sayını üç-dörd dəfə üstələyəcək miqdarda vaksin sifariş edib.

 

“İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya tempindəki bu uçurum hazırda təəssüf doğuracaq reallıqdır”, - deyə Van İ bildirib.

 

Siyasətçi qeyd edib ki, Çin vaksin əldə etmək üçün 80-dən çox ölkəyə kömək göstərib, həmçinin 40-dan çox ölkəyə bu preparatların kommersiya çatdırılmasını həyata keçirib. Çin, eyni zamanda koronavirus əleyhinə vaksinin hazırlanması üzrə 10 ölkə ilə əməkdaşlıq edir, bütün dünyada onların istehsalı və paylanması üzrə regional mərkəzlər açmağı planlaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib