Ağır ginekoloji əməliyyat keçirən 51 yaşlı xanım həkimlərin köməyilə əkizlər dünyaya gətirib
05.04.2021 16:20
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir xəstə ana olmaq sevincini yaşayıb.
Aztibb.az xəbər verir ki, klinikanın cərrah ginekoloqu Fərhad Sultanovun sözlərinə görə, 51 yaşlı qadının uşaqlıq boşluğunu deformasiya edən miomaları laparoskopik üsulla götürülsə də, bir il sonra bu xanım əkiz sağlam uşaqlar dünyaya gətirib.
Cərrah F.Sultanov qeyd edib ki, bir il öncə həmin xanım uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomalar diaqnozu ilə klinikaya müraciət edib: “Pasiyentin yaşını nəzərə alaraq, ona histeroektomiya (uşaqlığın götürülməsi) əməliyyatı təklif olunub. Xəstə isə ana olmaq arzusunda olduğunu, bu səbəbdən də uşaqlığı saxlamağı israrla xahiş edib. Aparılan müayinələr və klinik hal imkan verdiyinə görə, xəstədə laparoskopik miomektomiya əməliyyatı icra edilərək uşaqlıq saxlanılıb”.
Bundan sonra xəstə süni mayalanma ilə əkiz dölə hamilə qalıb və hamiləliyi 35 həftəyə qədər çatdırıb. Ana bətnində uşaqların çəkiləri 2.300 kq (qız) və 2.200 kq (oğlan) olub. Laparoskopik üsulla 3 ədəd mioma götürülmüş uşaqlıq nəinki 1 döllü, hətta iki döllü hamiləliyi davam etdirə bilib. Həmçinin döllərin ümumi çəkisi 5 kq-a yaxın olan hamiləliyi 35 həftəsinə qədər saxlayıb və “ruptura uteri” (uşaqlığın yırtılması) fəsadlaşması təhlükəsi də olmayıb.
F.Sultanov bildirib ki, bu fakt “hamilələrdə laparoskopik miomektomiyadan sonra ruptura təhlükəsi daha çox olur” kimi yanlış fikirlərə bir cavabdır. Sadəcə götürülən miomanın yatağını düzgün bərpa etmək vacibdir. Bunun laparotomiyada olduğu kimi, laparoskopiyada da icrası mümkündür.
Həkim hesab edir ki, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər bir qadın ana olmaq sevincini yaşamalıdır: “Bu sevinci yaşamayan qadınlarda mütləq göstəriş olmadan, yalnız yaşına görə uşaqlığı götürmək düzgün deyil. Ümumiyyətlə, bütün əməliyyatlar sığortalanmaq xatirinə deyil, göstəriş əsasında olmalıdır".
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

