Uşaq bağçaları bağlanıb  
05.04.2021 10:29

Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırıb.

 

Aztibb.az xəbər verir ki, hazırda qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanıb.

 

Həmin rayon və şəhərlərdə bir sıra özəl bağçalar isə fəaliyyətini davam etdirir.

 

Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrinin aprelin 5-dən bağlanması ilə bağlı qərar aprelin 2-də müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən verilib.

 

Daha sonra Təhsil naziri Emin Əmrullayevin aprelin 3-də feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə qeyd edib ki, qısa müddət ərzində uşaq bağçaları ilə bağlı təfərrüat tam aydın olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib