Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq
03.04.2021 23:06

Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

 

Aztibb.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

 

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur: “Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

 

E.Əmrullayev əlavə edib ki, nazirlik yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdır: “Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib