DİN: Karantin rejim qaydalarının pozulması üzrə 1 483 fakt qeydə alınıb  
03.04.2021 09:10

Aprelin 2-də polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 26 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, 53 nəfər avara və dilənçilik həyat tərzi keçirən, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunaraq qabaqlayıcı tədbirlər görülüb.

 

Aztibb.az xəbər verir ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının pozulması üzrə 1 483 fakt qeydə alınıb. Onlardan 12 nəfər müalicə təyin olunduğu ünvanı tərk edən aktiv infeksiya daşıyıcıları olub.

 

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 3 223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib