Uşaqlarda yeni virus infeksiyası aşkarlanıb - ÜST təsdiqlədi
02.04.2021 14:54

Ümumdünya Səhiyyə Təşkilatı uşaqlarda yeni virus aşkarlandığını təsdiq edib. Söhbət yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirəndən bir ay və ya altı həftə sonra aşkarlanan infeksiyalardan gedir.

 

Pediatrlar deyirlər ki, bu, kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Xəstəlik uşaqlarda təzyiqin aşağı düşməsi və şok halları, əllərdə və ağız boşluğunda səpgilər, qusma və ishal kimi əlamətlərlə özünü büruzə verir.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Telman Aytayev deyib: “Ambulator müalicə uşağın yaşı, vəziyyəti və xəstənin həkimə müraciət vaxtı ilə əlaqədar dəyişə bilər. Xəstəliyə gec diaqnoz qoyulanda müalicə proseduru da gecikmiş olur. Ona görə də diaqnoz erkən vaxtlardan qoyulmalıdır. Üç gün sonra qızdırma, başqa heç bir səbəb olmadan ümumi vəziyyətin pisləşməsi ağla gələn ilk diaqnozlardan biridir”.

 

Xəstəlik uşaq və yeniyetmələrdə müşahidə olunur. Bundan başqa uşaqların koronavirusun “Britaniya ştammı”na yoluxmaq təhlükəsi də var.

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-radioloqu Aydın Əliyev bildirib: “Koronavirus xəstəliyinin mutasiyaya qədərki dövründə uşaqlarda demək olar ki, heç bir problem yaranmırdı, yalnız yüngül qrip əlamətləri müşahidə olunurdu. Lakin yeni ştamm uşaqlarda daha çox əlamətlər yarada bilir. Əlamətlər çox müxtəlifdir. Boğaz ağrısı, boğaz qıcıqlanması, temperatur, öskürək, hava çatışmazlığı hissi, döş qəfəsində ağrı, əzələ, oynaq və başağrıları ilə müşayiət edilir. Həmin əlamətlərdən hər hansı biri müşayiət olunanda mütləq həkimə müraciət edərək müayinələrdən keçmək lazımdır”.

 

Valideynlərin uşaqların qida rasionuna diqqət yetirməsi, həmçinin onların gigiyenik təmizliyinə nəzarət etməsi çox vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib