1 saylı Uşaq Bərpa Mərkəzində Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar flaşmob keçirilib  
02.04.2021 09:05

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki 1 saylı Uşaq Bərpa Mərkəzində Ümumdünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirilib.

 

Flaşmob formasında keçirilən tədbirdə autizm sindromunda reabilitasiya olunmuş Xanlar Qəhrəmanovun 25 rəsm əsəri nümayiş olunub.

 

Mərkəzin direktoru Nərgiz Əliyevanın verdiyi məlumata görə, mərkəzdə həmin sindromdan əziyyət çəkən 18 uşaq reabilitasiya prosesi keçir. Onların bərpa prosesi keçməsi və cəmiyyətə inteqrasiya olunması üçün hər cür tədbirlər görülür və bugünkü tədbir də cəmiyyətin diqqətini həmin kateqoriyadan olanların problemlərinə cəlb etməkdir.

 

Tədbirdə bildirilib ki, autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlar ölkəmizdə xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Ötən il autizm sindromlu 788 uşağa sağlamlıq imkanları məhdudluq təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 1 və 2 saylı Uşaq Bərpa Mərkəzlərində onlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb edilirlər. Həmin kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılıb, onlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur. Bununla yanaşı, nazirliyin sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Hazırda autizmlə yanaşı, digər səbəblərdən sağlamlıq imkanları məhdudluq təyin edilmiş uşaqların reabilitasiya infrastrukturu genişləndirilir. Bu il Qəbələ və Şəmkir rayonlarında tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

 

Mərkəzdə keçirilən tədbirdən autizm sindromlu uşaqlar və onların valideynləri xoş təəssüratla ayrılıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib