15 azərbaycanlı həkim Türkiyədə 6 ay kurs keçəcək
01.04.2021 17:38

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən K.Y. Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutu və “Ankara Şehir Çocuk Hastanesi” arasında imzalanmış niyyət protokolu çərçivəsində Türkiyə Respublikasında 6 ay ərzində kurs keçəcək 15 həkimlə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, çıxış edən İdarə Heyətinin sədri ölkədə səhiyyə sahəsinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən yeni fəaliyyət istiqamətinin davamlılığı üçün həkimlərin ixtisaslaşmasının olduqca vacib olduğunu bildirib. R.Bayramlı bu istiqamətdə Türkiyənin Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, layihə Türkiyə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib