ÜST və dünya liderləri: pandemiyalara hazırlıqla bağlı beynəlxalq müqavilələrə ehtiyac var
31.03.2021 23:10

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri və bir sıra dünya liderləri qlobal pandemiyalara hazırlığın artırılması üzrə beynəlxalq müqavilənin hazırlanmasına çağırıblar. 

 

Aztibb.az xəbər verir ki, onların bəyanatında COVID-19 pandemiyasının "hər kəsin müdafiə olunmayacağına qədər heç kəsin özünü təhlükəsiz hiss edə bilməməsinə" xəbərdarlıq olduğu bildirilir.

 

Bəyanatı ÜST-ün Baş direktoru Tedros Qebreyesusla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Ukrayna, Çili, Keniya, İndoneziya və Cənubi Koreya də daxil olmaqla, 20-dən çox ölkənin liderləri imzalayıblar.

 

Onlar koronavirus pandemiyasını İkinci Dünya müharibəsindən sonra qlobal ictimaiyyətə "ən böyük çağırış" adlandırıblar və bəşəriyyəti yeni pandemiyalar və səhiyyə sahəsində yeni fövqəladə halların gözlədiyini vurğulayıblar. "Məsələ bunun baş verib–verməyəcəyində deyil, bunun nə vaxt baş verəcəyindədir", - deyə bəyanatda bildirilir.

 

"Biz birgə səylərimizlə pandemiyaların proqnozlaşdırılmasına, qarşısının alınmasına, aşkar edilməsinə, təhlil edilməsinə daha yaxşı hazırlaşmalıyıq və yaxşı əlaqələndirilmiş tədbirlər görərək, onlara effektiv reaksiya verməliyik", - deyə dünya liderləri hesab edirlər.

 

Bu sahədə beynəlxalq müqavilə ölkələr arasında əməkdaşlığı möhkəmləndirməyə, bu cür problemlərin həllinə kompleks yanaşmanın işlənib hazırlanmasına, milli, regional və qlobal səviyyədə pandemiyalara hazırlığın artırılmasına imkan verəcək.

 

"COVID-19 zəifliyimiz və fikir ayrılıqlarımızdan istifadə edib. Biz hazırkı məqamdan istifadə etməliyik – qlobal birlik kimi birləşməli və bu böhran çərçivəsindən kənara çıxan dinc əməkdaşlığa başlamalıyıq", – deyə bəyanatda bildirilir.

 

ÜST-ün mətbuat konfransında çıxış edərək doktor Tedros Qebreyesus qeyd edib ki, pandemiya zamanı bəşəriyyət həm ən yaxşı, həm də ən pis tərəfdən özünü göstərib. Belə ki, məsələn, həkimlər bütün dünyada inanılmaz cəsarət və fədakarlıq nümayiş etdirdilər, lakin eyni zamanda bir çox ölkədə sosial bərabərsizlik dərinləşdi, hakimiyyət institutlarına olan inam azaldı.

 

"Pandemiyanın cəmiyyətimizə, iqtisadiyyatımıza, sağlamlığımıza təsiri, xüsusilə də söhbət ən yoxsul və müdafiəsiz insanlardan gedəndə, böyük idi", – deyə ÜST rəhbəri bildirib. O, vurğulayıb ki, hazırkı vəziyyət beynəlxalq ictimaiyyətdən qətiyyətli hərəkətlər tələb edir.

 

Tedros Qebreyesus, pandemiyaya hazırlığın artırılmasına dair beynəlxalq müqavilənin, peyvənd kampaniyaları və cavab tədbirlərinin vaxtında maliyyələşdirilməsi da daxil olmaqla, bu cür tədbirlərə bərabər ümumi çıxış imkanını nəzərdə tutduğunu bildirib.

 

Yekun qərarı ÜST-ün üzv-ölkələri verəcəklər, deyə doktor Tedros Qebreyesus bildirib. "Belə bir müqavilə necə hazırlanacaq, ona nə daxil olunacaq, onun ratifikasiya olunub–olunmaması ÜST-ünn üzv-dövlətləri, yəni dünya xalqlarının işidir", - deyə o bildirib.

"Biz uşaqlarımıza daha təhlükəsiz dünyanı miras qoymalıyıq", – deyə ÜST-nin rəhbəri çıxışını yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır