Fransada kritik sanitar vəziyyət səbəbindən xəstələr arasında seçim aparılır
30.03.2021 10:02

Fransada COVID-19 epidemiyasından son sutkada reanimasiya şöbələrinə 238 ağır vəziyyətdə koronavirus xəstəsi daxil olub. Ölkədə reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 4 872-yə çatıb ki, bu da epidemiyanın 2-ci dalğasının pik nöqtəsindəki rəqəmlə eynidir.

 

Aztibb.az xəbər verir ki, bu haqda Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilib ki, xəstəxanalarda 27 712 koronavirus xəstəsi müalicə olunur. Epidemiya başlayandan 289 752 koronavirus xəstəsi sağalıb. Xəstəxanalarda son 24 saatda 131 virus qurbanı qeydə alınaraq, epidemiyadan ölənlərin ümumi sayı 94 596-ya çatıb.

 

Ölkədə son sutkada 37 014 olmaqla, pandemiya dövründə yuluxanların ümumi sayı 4 545 589-a çatıb. Fransada sanitar vəziyyətin çox narahatedici olduğunu bildirilərək, xəstələr arasında seçim aparılmasına başlanıldığı vurğulanır. Xəstələrin digər departamentlərə transferi başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib