Koronavirusun qurbanı olan TANINMIŞ SİMALAR
29.03.2021 17:12

Dünyanı cənginə alan koronavirus pandemiyası bitmək bilmir. 2019-cu ildə Çindən bütün dünyaya sürətlə yayılmağa başlayan bu təhlükəli virus hazırkı günə qədər davam etməkdədir. Koronavirus pandemiyası bu günə kimi dünyada 2 769 473 nəfərin həyatına son qoyub. 

 

Ölkəmizdə ilk dəfə 2020-ci ilin fevralında qeydə alınan pandemiyadan dünənə qədər 3491 nəfər dünyasını dəyişib. 

 

Azərbaycanda həm ötən il, həm də bu il koronavirusdan dünyasını dəyişənlər içərisində müxtəlif sferaları təmsil edən tanınmış simalar da az deyil.  

 

Belə ki, 1957-ci il təvəllüdlü tanınmış vəkil Adil İsmayılovun ötən ilin dekabrında COVID-19-dan vəfat etməsi Azərbaycanda hüquq sahəsində ağır itkilərdən hesab olunur. A. İsmayılov  30 illik vəkil təcrübəsində bir sıra tanınmış şəxslərin hüquqlarını müdafiə edib.

 

A.İsmayılovun həmkarı, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev də bu virusun qurbanına çevrilən tanınmışlardandır. Milli Hüquq Evinin rəhbəri, tanınmış hüquqşünas Nicat Gözəlov da bu gün koronavirusdan dünyasını dəyişib. 

 

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi Xəyal Məmmədxanlı 42 yaşında virusun qurbanına çevrildi.  Bundan əlavə, digər bir işa damı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov da koronavirusdan vəfat edib. 

 

Media sahəsində tanınmış hərbi jurnalist Rəşad Süleymanlı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Əmrah Fəqanoğlu, foto-jurnalist Fərman Bağırov, əməkdar jurnalist Etibar Babayev, Trend İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da bu virusun qurbanlarındandır. 

 

Tanınmış tarixçi alim 62 yaşlı Dilavər Əzimli də bu ilin martında koronavirusdan vəfat edib. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb. Həmçinin yazıçı, 1940-cı il təvəllüdlü Azər Abdulla da bir neçə gün əvvəl dünyasını dəyişib. O, "Yazıçı" qəzetinin baş redaktoru olub.

 

Məmurlardan da yan keçməyən bu virus Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin də vəfatına səbəb olub. O, sözügedən vəzifəyə 2019-cu ildə təyin edilmişdi. Həmçinin Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva da virusdan dünyasını dəyişib. 


Koronavirus həmçinin mədəniyyət sahəsindən də canlar alıb. Azərbaycanın tanınmış xalq artistləri Sabir Əliyev və Teymur Mustafayev pandemiyadan vəfat edib. Bundan əlavə, əməkdar artist İsmayıl Ələkbərov da virusdan dünyasını dəyişib. 

 

Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova, həkim-ginekoloq, “Ömür” klinikasının rəhbəri Gülnarə Sultanqızı da koronavirusdan dünyasını dəyişən məşhur simalardandır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib