Koronavirus epidemiyasının yaranma səbəblərinə dair hesabat açıqlanıb - ÜST
29.03.2021 14:26

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının yaranma səbəblərinə dair hesabatını açıqlayıb.

 

Yanvar ayında Çinə səfər etmiş ekspert qrupunun rəylərinin də yer aldığı hesabatda epidemiyanın mənbəyinə dair ehtimallara aydınlıq gətirilib. Hesabatda göstərilib ki, SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçib. ÜST pandemiyanın yaranma səbəbi kimi “laboratoriya qəzası“ tezisinin mümkünlük ehtimalını isə olduqca aşağı qiymətləndirib.

 

Rəydə virusun yarasalardan başqa bir heyvana və onlardan da insanlara keçməsinin ”ehtimal olunandan daha yüksək” səviyyədə olduğu qeyd olunub. Aralıq daşıyıcının hansı heyvan növünün olması barədə isə elmi dairələrdə ortaq fikir yoxdur və hesabatda da bu suala aydınlıq gətirilməyib.

 

Qeyd edilməlidir ki, bu ilin yanvar ayında Çinə səfər edən ekspert heyətinin tərkibində zoologlardan epidemiologlara qədər müxtəlif ixtisaslar üzrə mütəxəssislər iştirak ediblər. Mütəxəssislər heyəti Çinin Uxan vilayətində yerli həmkarları ilə birlikdə epidemiyanın başlanğıc nöqtəsinin nədən ibarət olmasına dair tezislər araşdırıblar.

 

2019-cu ilin sonunda dünyada sürətlə yayılmağa başlayan koronavirusa yoluxanların sayı 127 milyon nəfəri ötüb, virusla əlaqədar ölənlərin sayı isə 2,78 milyon nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır