Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşdü
14.08.2020 16:43

Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

 

Toplantını giriş sözü ilə açan Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib və bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

 

Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

 

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Heyət rəhbəri bildirdi ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirib və kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu vurğulayıb.

 

Xoş və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır