ÜST-dən yoxsul ölkələrə peyvənd yardımına ÇAĞIRIŞ
27.03.2021 09:39

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq ictimaiyyəti yoxsul ölkələrə peyvənd yardımına çağırıb.

 

Aztibb.az xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, bu ilin artıq birinci rübü başa çatmaqda olsa da, 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir. Həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur. T.Qebreyesus bir sıra ölkələrin istehsal olunan demək olar ki, əksər peyvənd kontingentini satın alması nəticəsində COVAX təşəbbüsü çərçivəsində peyvənd dozalarının çatdırılmasının çətinləşməsindən şikayətlənib.

Qeyd edilib ki, beynəlxalq COVAX təşəbbüsünün hədəfi koronavirusa qarşı peyvənd dozalarının dünya ölkələri arasında ədalətli bölünməsinə nail olmaqdır. Təşəbbüs təsis edilərkən bu il may ayının sonunadək dünyanın yoxsul ölkələri üçün 238 milyon doza peyvəndin çatdırılması nəzərdə tutulurdu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır