İtaliyada 29 milyon doza “AstraZeneca“ peyvəndinin saxlandığı anbar aşkarlanıb
25.03.2021 09:42

İtaliyada “AstraZeneca“ əczaçılıq konserninə məxsus 29 milyonadək koronavirus əleyhinə peyvənd dozalarının saxlandığı anbar aşkarlanıb.

 

Aztibb.az İtaliyanın “La Stampa“ qəzetinə istinadla xəbər verir ki, anbardakı peyvənd dozalarının Böyük Britaniyaya ixrac üçün nəzərdə tutulduğu bildirilir. Avropa İttifaqının sifariş etdiyi peyvənd kontingentinin çatdırılmasında gecikmələr yaşayan konsernin bu miqdarda peyvəndin anbarlarda saxlaması böyük əks-səda doğurub. Konsern ilkin razılaşmada nəzərdə tutulan 220 milyon doza əvəzinə bu ilin ilk yarısı Aİ-yə 100 milyon doza çatdıra biləcəyini elan edib.

 

“La Stampa“ Böyük Britaniya üçün nəzərdə tutulan peyvəndlərin İtaliyaya gəlib çıxmasına da aydınlıq gətirib. Məlum olub ki, Niderland Krallığının “Halix“ fabrikində istehsal edilən peyvənd kütləsi İtaliyanın “Catelent“ şirkətində flakonlara doldurulmaq üçün Latium regionuna göndərilib və hazırda Böyük Britaniyaya yola salınmaq ərəfəsindədir.

 

Avropa İttifaqı “AstraZeneca“ şirkətini istehsal olunmuş bu kontingenti müvafiq Avropa qurumlarından gizlətməkdə və gizlin şəkildə Böyük Britaniyaya ixraca hazırlaşmaqda ittiham edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib