Dünya Vərəm Günü ilə bağlı Bakının bir neçə məşhur tikilisi qırmızı rənglə işıqlandırılacaq
22.03.2021 21:49

Martın 24-də saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” qırmızı rənglə işıqlandırılacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dünya Vərəm Günü ilə bağlı şüarları (“The clock is ticking”, “End TB”) binalar üzərində nümayiş olunacaq.

 

Aztibb.az xəbər verir ki, bu barədə “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva məlumat verib.

 

Əsas məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərib. Bununla da vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaq.

 

ÜST-ün qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

 

1982-ci ildə ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

 

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbindən həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir. 2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbindən vərəmlə mübarizə dünyada bir qədər çətinləşib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib