Rusiyalı həkim: "Azərbaycan klinikaları koronavirusa qarşı mübarizədə lazımi qurğu və dərmanlarla təchiz olunub"
11.07.2020 11:30

“Sizin səhiyyə sisteminiz məndə xoş təəssüratlar oyatdı. Ən əsası isə bu sözlər sizin mütəxəssislərə aiddir. Biz bir neçə klinikada olduq. Anladığım qədəri ilə bu ayrı-ayrı klinikalar idi və deyərdim ki, ən elit və ya ən öndə gedən klinikalar deyildi. Adi sıradan xəstəxanalar idi. Bu xəstəxanaların reanimasiya şöbəsinin təchiz olunması yüksək səviyyədə və tərifəlayiq idi”.

 

Bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov AzTV-nin “Hədəf” verilişində deyib. O bildirib ki, Azərbaycan klinikaları koronavirusa qarşı mübarizədə lazımi qurğu və dərmanlarla təchiz olunub:

 

“Dünənki klinikalardan birindəki təcrübəmi qeyd etmək istəyirəm. Biz dedik ki, bizim yüksək göstəricili qurğusuna ehtiyacımız var. Bu qurğu oksigeni 60 litrə qədər tənzimləyə bilir və bununla da xəstənin ciyərlərini süni ventilyasiya edilməsindən qaçırtmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi. Eyni cümlələri dərmanlara da aid edə bilərəm. Misal üçün, biz bilirik ki, Rusiya koronavirusa qarşı “famperaver” istehsalına başlayıb. Amma o dərman bizə hələ çatmayıb. Siz təsəvvür edin, dünən biz sizin klinikalardan birində o dərmanı gördük. “Saran” zavodunun istehsalı olan bir dərman Azərbaycanda var, amma Rusiyada yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır