Azərbaycanlı alimin "Post-COVID-19" təqdimatı dünyada bir ilk olub
20.03.2021 23:13

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev COVID-19-la bağlı apardığı elmi tədqiqatlarla yanaşı, xəstəliyin yeni növ ağırlaşmasından bəhs edən klinik-radioloji təqdimat hazırlayıb.

 

Aztibb.az-ın məlumatına görə, dünya tibb elmində ilk dəfə olaraq yeni növ ağırlaşmadan və onun fərqli müalicəsindən bəhs edən təqdimat artıq Almaniyanın ən çox oxunaqlı elmi dərgilərindən olan Almaniya Nevrologiya Cəmiyyətinin rəsmi jurnalında dərc olunub.


Bununla da material elmi ictimaiyyətə təqdim edilib.

 

Müəlliflərin klinik-radioloji təqdimatında COVID-19 xəstəliyinin bu günə qədər elmi ədəbiyyata daxil edilməyən ciddi ağırlaşmasından bəhs olunur. Qeyd olunan ağırlaşma da zamanında doğru diaqnoz və müalicə ilə tamamən aradan qalxıb.

 

Elmi ədəbiyyatda ilk dəfə COVID-19-un bu şəkildə ciddi ağırlaşmasından - MERS (encephalitis/encephalopathy with a reversible splenial lesion) və myelitin birlikdə təzahür etməsindən bəhs edən kliniki təqdimatda dünyanın nüfuzlu alman alimləri ilə eyni sırada azərbaycanlı alimin də olması Azərbaycan tibb tarixində növbəti bir ilkdir.

 

Kliniki təqdimatla buradan tanış olmaq olar:


https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7957276/#!po=19.4444


Qeyd edək ki, N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib