ÜST bir neçə xəstəxanada araşdırma aparıb
18.03.2021 18:17

COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycana davamlı texniki dəstəyin tərkib hissəsi kimi Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi ölkəmizdəki bir sıra xəstəxanalarda İPN (COVID-19 infeksiyası üçün spesifik olan profilaktika və nəzarət-red.) tədbirlərinin qiymətləndirilməsini aparıb. Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən məlumat verilib. 

 

Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün tərkib hissəsi kimi baş tutan qiymətləndirmə ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə təşkil edilib. Bildirilib ki, qiymətləndirmə missiyası ölkənin müxtəlif bölgələrindəki on xəstəxana, o cümlədən Bakıda iki, Şamaxıda bir və münaqişədən zərər çəkmiş ərazilər kimi Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yerləşən yeddi xəstəxananı əhatə edib. Missiya üzvləri qeyd edilən tibb müəssisələrində xəstələrin skrininq və triajı, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, eləcə də tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsini həyata keçirib. Münaqişədən zərər çəkmiş rayonlardakı xəstəxanaların direktorları ilə İPN tədbirlərilə bağlı ehtiyacların qarşılanmasında ən effektiv dəstək yolları müzakirə edilib və bu ərazilərdə çalışan 100-dək səhiyyə işçisinə qiymətləndirmə zamanı müəyyən edilimiş prioritet istiqamətlər üzrə təlim keçilib.

 

Qiymətləndirmə missiyası Səhiyyə Nazirliyi və TƏBİB nümayəndələri və ÜST ekspertlərinin iştirakı ilə 10-11 mart tarixlərində Bakıda keçirilən iki günlük seminarla başa çatıb. Seminarda ölkənin İPN-ə dair texniki sənədləri müzakirə edilib və ÜST ekspertlərinin bu sahədəki tövsiyələri təqdim edilib. Missiyanın və müzakirələrin nəticəsi olaraq İPN sahəsində ölkəyə dəstəyinin davam etdirilməsi, o cümlədən tibb müəssisələrinin maarifləndirici posterlərlə təmin edilməsi, xəstəxanalarda əl sanitariyası punktlarının yaradılması, ÜST-ün İPN-ə dair texniki sənədlərinin Azərbaycan dilinə tərcüməsi və yayılması və yerli səhiyyə işçiləri üçün vebinarlar silsiləsinin keçirilməsi qərarlaşdırılıb. 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır