Son sutka ərzində koronavirusa yoluxanların sayı 276 mini ötdü - ÜST
13.08.2020 23:30

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 276 mini ötüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

 

Avqustun 13-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 276 398 nəfər yeni koronavirusa yoluxub, 6 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 20 439 814, ölənlərin isə 744 385 nəfərə çatıb.

 

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 10 950 220 yoluxma və 398 229 ölüm halı.

 

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 668 652, ölənlərin sayı isə 218 255 nəfərə çatıb.

 

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 830 404 yoluxma və 56 636 ölüm halı qeydə alınıb.

 

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır