Mütəxəssislər Türkiyədə COVID-19-un üçüncü dalğasının yaşandığını bildirirlər
18.03.2021 10:33

Mütəxəssislər mutasiyaya uğrayan koronavirus infeksiyasının sürətlə yayılması səbəbindən Türkiyədə üçüncü dalğanın yaşandığını bildirirlər.

 

Aztibb.az xəbər verir ki, Avropa ölkələrinin böyük əksəriyyətinin üzləşdiyi yoluxma sayının artması Türkiyə ərazisində də müşahidə olunur.

 

Türkiyədə yoluxma sayında kəskin artım əsasən fevral ayının sonlarında müşahidə edilib. Keçən ayın əvvəlində ölkə ərazisində hər 100 min nəfərdən təxminən 33-də aşkarlanan virus fevralın son həftəsində bəzi vilayətlərdə hər 100 min nəfərdə 140-dək yüksəlib. Elm adamları bunu mutasiyaya uğrayan koronavirusun yoluxdurma gücünün daha yüksək olması ilə izah edirlər. Onların fikrincə, bunun qarşısının alınmasının iki əsas yolu var. İlk növbədə, yoluxma sayı artan ərazilərdə insan sıxlığının qarşısı alınmalıdır. Vətəndaşların ehtiyac olmadığı təqdirdə evdən çıxmamaları vacibdir. İkinci əsas yol isə peyvəndləmə prosesinin sürətinin artırılmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib