ÜST: Dünyada koronavirusa yoluxma halları həftə ərzində 10 faiz artıb
18.03.2021 10:31

Ötən həftə dünyada koronavirusa 3 milyon yoluxma halı qeydə alınıb ki, bu da öncəki yeddi günlə müqayisədə 10 faiz çoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.

 

“Dünyada yeni yoluxma hallarının sayı artmağa davam edir. Ötən həftə 3 milyondan çox yeni yoluxma ilə bağlı məlumat daxil olub ki, bu da öncəki həftə ilə müqayisədə 10 faiz çoxdur”, - deyə sənəddə bildirilir.

 

ÜST yanvar ayının əvvəlində COVID-19 infeksiyasına yoluxmaların pik həddə (həftə ərzində 5 milyon nəfərə yaxın) çatdığını, lakin fevralın ikinci yarısından təxminən iki dəfə (2,5 milyon nəfər) azaldığını xatırladıb.

 

ÜST-ün bülleteninə əsasən, martın 8-dən 14-dək dünyada 3 milyon 33 min 213 yoluxma və 58 min 698 ölüm faktı qeydə alınıb.

 

Ötən həftə yoluxma hallarının artımı əsasən Cənub-Şərqi Asiyada (19 faiz), Qərbi-Sakit Okean regionunda (19 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (14 faiz), həmçinin Şimali və Cənubi Amerikada (13 faiz) müşahidə olunub. Qərbi-Sakit Okean regionunda və Şərqi Aralıq dənizi bölgəsində ölüm halları müvafiq olaraq 14 faiz və 7 faiz artdığı halda, digər regionlarda bu göstərici azalıb. Ölüm hallarının ümumi azalma göstəricisi həftə ərzində 3 faiz aşağı düşüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır