Britaniyanın səhiyyə naziri: “AstraZeneca” vaksini təhlükəsizdir"
17.03.2021 16:17

İngiltərə və İsveçin koronavirus əleyhinə birgə hazırladıqları “AstraZeneca” vaksini təhlükəsizdir və nəzarət orqanları onun tətbiqinin nəticələrini izləyir.

 

Aztibb.az “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib.

 

“AstraZeneca şirkəti və Oksford Universitetinin vaksini təhlükəsizdir və biz bilirik ki, ölkəmizdə bu preparatla 10 milyondan çox insan peyvənd edilib. Bunu Britaniyanın nəzarət orqanları, Ümumdünya Səhiyyə Təşkilatı və Avropa tənzimləyicisi də bildirir”, - deyə nazir qeyd edib.

 

“Biz daim onun effektivliyini qiymətləndirir və bu vaksinin Birləşmiş Krallıqda insanların həyatını xilas etdiyini bilirik”, - deyə Mett Henkok əlavə edib.

 

Bir qədər öncə bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və İspaniya “AstraZeneca” vaksininin tətbiqinin dayandırılması barədə qərar qəbul etmişdi. Buna peyvənd edilən bəzi insanlarda tromb əmələ gəlməsi səbəb olmuşdu. Sonradan Avropanın Dərman Preparatları üzrə Agentliyinin icraçı direktoru Emer Kuk bildirmişdi ki, “AstraZeneca” preparatının faydası onun yan təsirlərini üstələyir.

 

“AstraZeneca” şirkətinin məlumatına görə, hazırda Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada 17 milyon insan bu preparatla peyvənd olunub. Bununla yanaşı, ötən həftəyə olan məlumata görə, təxminən 40-dan da az pasiyentdə tromblaşma müşahidə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib