Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
17.03.2021 09:36

Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 

 

Qeyd edək ki, XXI əsr botaniklər kateqoriyasına yeganə azərbaycanlı botanik kimi daxil edilmiş alim 400-ə qədər elmi əsərin, 16 kitabın, 60-dan çox proqram və metodik göstərişin, 13 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 17 kitabın elmi redaktorudur.

 

Bunlarla yanaşı, E.Qurbanov Azərbaycanın botaniki-coğrafi rayonlarının ekoloji-geobotaniki (13 xəritə) xəritəsini tərtib edib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar Elmlər üzrə Ekspert Şurasının eksperti seçilib, 2020-ci ildən isə sədr müavini vəzifəsində çalışır. O, 2016-cı ildən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib