Solaxaylıq xəstəlikdir? - 13 avqust Beynəlxalq Solaxaylar Günüdür
13.08.2020 19:23

13 avqust dünyada Beynəlxalq Solaxaylar Günü kimi qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, dünya əhalisinin təxminən 15 faizindən çoxunun solaxay olduğu bildirilir. 1992-ci ildə Britaniya Solaxaylar Klubu tərəfindən avqustun 13-də belə bir günün qeyd olunması təşəbbüsü ilə çıxış edilib. Məlumatlara görə, solaxaylar arasında kişilərin üstünlük təşkil etdiyi bildirilir. Solaxaylıq xəstəlik sayılmır, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hal hesab olunur. Bəs solaxaylıq hansı dövrdən başlayaraq inkişaf edir? Bunun ziyanlı tərəfləri varmı?

 

Bununla bağlı "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə layihəsi) məqaləsini təqdim edirik:

 

Uşağın solaxay, sağanay (sağ əllə yazan) yaxud ikili vərdişə malik olması anadangəlmə xüsusiyyət olsa da, dili mənimsəməyə başladıqları dövrdə - təxminən 4 yaşında özünü büruzə verir və ömürboyu davam edən vərdiş kimi qalır.

 

Beynin sol yarımkürəsi bədənin sağ tərəfinin, beynin sağ yarımkürəsi isə bədənin sol tərəfinin hərəkətlərini kontrol edir. Nitq kimi mürəkkəb bacarıqların inkişafı üçün uşaqlarda ilk olaraq fundamental sensor və motor bacarıqlar formalaşmalıdır. Psixoloqların fikrincə, kiçik motor hərəkətlərin inkişafı (əl və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər) dilin mənimsənilməsi və nitqin inkişafı üçün zəmin yaradır. Motor bacarıqların ilkin inkişaf mərhələsində uşaqlar sadə hərəkətlərin icrası üçün hər iki əldən bərabər səviyyədə istifadə etməyi bacarırlar. İnkişafın sonrakı mərhələsində isə mürəkkəb hərəkətlərin icrası üçün beynin sol yarımkürəsinin daha kompleks funksional fəaliyyəti tələb olunur, nəticədə isə sağ əldən istifadə vərdişləri inkişaf edir.

 

Tədqiqatlar göstərir ki, solaxaylıq inkişaf anomaliyası deyil. Bu, beynin funksionallığı ilə bağlı haldır və normal qəbul edilməlidir. Tədqiqat və müşahidələr onu da göstərir ki, solaxay uşaqlara məcburi olaraq sağ əldən istifadə vərdişlərinin öyrədilməsi onlarda bəzi psixoloji və davranış problemləri (səliqəsiz əl yazısı, kəkələmə, zəif konsentrasiya, fiziki yorğunluq və s.) yarada bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bir fəaliyyətin icrasında sağ əldən istifadə bacarığının mənimsənilməsi ilə insan tamamilə sağanay olmur, o, sadəcə bir növ fəaliyyətin icrasında sağ əldən istifadə edir, digər fəaliyyətlərdə isə yenə solaxay olaraq qalır.

 

Buna görə də, istər təlim məşğələlərində (yazmaq, şəkil çəkmək və s.), istərsə də gündəlik sosial fəaliyyətlərdə solaxay uşaqlar olduğu kimi qəbul edilməli və onlara hörmətlə yanaşılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub