Braziliyada pandemiya dövründə dördüncü dəfə Səhiyyə naziri təyin edilib  
16.03.2021 09:17

Braziliya prezidenti Jair Bolsonaru Kardioloqlar Cəmiyyətinin prezidenti doktor Marsel Keyroqun Səhiyyə naziri vəzifəsində Eduard Pazuellunu əvəzlədiyini elan edib.

 

Bu barədə  Aztibb.az “İnterfaks”-a istinadən xəbər verir.

 

"Bu gün günorta Marsel Keyroqu (səhiyyə naziri-red) təyin etmək barədə qərar qəbul olunub. Onu artıq bir neçə ildir tanıyıram. Keyroqda Pazuellunun gördüyü işi yaxşı həyata keçirmək üçün hər şey var", - Bolsonaru bildirib.

 

Braziliya prezidentinin sözlərinə görə, Keyroq özünün işçi komandasını seçəcək və keçid prosesi bir-iki həftə sonra olacaq.

 

"Marsel Keyroq səhiyyə məsələləri ilə bağlı çox yaxşı məlumatlandırılıb. O, bütün dünyanı sarsıdan bu xəstəlikdən ölən insanların sayını azaltmaq üçün tədbir görməyə hazırlaşır", - Bolsonaru əlavə edib.

 

Qeyd edək ki, Keyroq Braziliyada COVID-19 pandemiyası ərzində prezident səhiyyə naziri təyin etdiyi dördüncü şəxsdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib