Seroloji testlər Almaniyadan gətirilən reaktivlər vasitəsilə aparılacaq
13.08.2020 16:05

COVID-19 80 faiz hallarda assimptomatik, yəni heç bir simptom olmadan gedən infeksiya növüdür. İndiyə qədər COVID-19-la əlaqədar analizlər yaxma götürülərək aparılan aktiv analizlərdir və infeksiyaya yoluxub-yoluxmamağı müəyyən edir.

 

Seroloji analizlər isə xəstəliyin keçirilib-keçirilmədiyini aşkar etmək üçündür. Analizlərin nəticələri maksimum 2-3 gün ərzində hazır olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, elmi-tədqiqat xarakteri daşıyan testlərin əsasən 18 yaşdan 65 yaşa qədər olan əhali arasında aparılması nəzərdə tutulub.

 

Analizlər Almaniyadan gətirilən yüksək həssaslığa və spesifikliyə malik reaktivlər vasitəsilə aparılacaq və yanlışlıq dərəcəsi minimum səviyyədə olacaq. 

 

Bildirib ki, seroloji testlər İspaniyada 35 min, Türkiyədə 153 min nəfər arasında, həmçinin Almaniya, İsveçrə, Hindistan və digər ölkələrdə aparılıb. Ölkəmizdə aparılan seroloji testlər başa çatandan sonra elmi tədqiqatların nəticələri barədə məlumat veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır