Bu xidmətlər özəl klinikalarda ödənişsiz olacaq
15.03.2021 12:21

İcbari tibbi xidmətlər zərfində göstərilən xidmətlər yalnız dövlət müəssisələrində deyil, özəl klinikalarda da göstəriləcək.

 

Aztibb.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

 

Onun sözlərinə görə, bəzi xidmətləri İTSDA tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün deyil:

 

“Ona görə də əhalinin bu xidmətləri daha rahat şəkildə, ödənişsiz əldə edə bilməsi üçün özəl klinikalarla da müqavilələrimiz var. Məsələn, aorta koronar şuntlama, anjoplastika, ağır neyrocərrahiyyə əməliyyatları, müştərək travmalar, qapalı ürək əməliyyatları və s. kimi işlər bizim müqaviləmiz olan özəl klinikalarda həyata keçiriləcək. Sadəcə olaraq, bu əməliyyatların edilməsi üçün vətəndaş ilkin olaraq, agentliyin tabeliyində olan ərazi üzrə tibb müəssisələrinə müraciət etməlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib