Bakı Sağlamlıq Mərkəzi xəstə uşağın ayağına rentgen aparatının düşməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib
12.03.2021 14:28
Bakı Sağlamlıq Mərkəzi bu günlərdə "Facebook" sosial şəbəkəsində paylaşılmış “xəstə uşağın ayaqlarına rentgen aparatının düşməsi” barədə xəbərə münasibət bildirib. 
 
Paylaşımda rentgen texniki tərəfindən uşağın ayaqları üzərinə rentgen aparatının düşdüyü iddia edilib. 
 
"Bildirmək istərdik ki, tibb müəssisəmizdə istismarda olan stasionar rentgen aparatları ştativə bağlı cihazlardır və hər hansı bir hissənin düşmə ehtimalı yoxdur. Qeyd edilən məsələ ilə bağlı xəstə uşağın yaxınları tərəfindən də müəssisəmizə hər hansı bir müraciət və ya şikayət daxil olmayıb. Bu məsələ barədə tərəfimizdən sosial şəbəkə vasitəsilə məlumat əldə edilib. Belə ki, tibb müəssisəmiz haqqında verilən hər bir ictimai rəy bizim üçün önəmlidir", - deyə Mərkəzdən vurğulanıb. 
 
Qeyd olunub ki, Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxs kimi əsas fəaliyyəti əhalinin sağlamlığının keşiyində durmaq, onların qayğısına qalmaq və keyfiyyətli tibbi xidmət göstərməkdir.
 
"Övladı xəstə olan ailənin vəziyyəti və körpə balamızın sağlamlığı bizim üçün çox önəmlidir. Ağ xalatın məsuliyyətini daşıyan bütün tibb işçiləri kimi, bizim kollektivimiz də azyaşlının vəziyyətinə xüsusi həssaslıq və ürək ağrısı ilə yanaşır. Qısa müddət ərzində uşağın valideynləri ilə əlaqə yaradılıb görüşüləcək və məsələ ciddi şəkildə araşdırılıb, lazımı tədbirlər görüləcək".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib