Əlillik statusu alanların reabilitasiya potensialı müəyyən ediləcək
12.03.2021 14:16

Ölkə üzrə nə qədər əlilin reabilitasiya xidmətinə ehtiyacının olduğu məlum deyil. Bu günə qədər o hesabatlılığı təmin edə biləcək bir sistem yoxdur.

 

Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

 

Departament direktorunun sözlərinə görə, əlilliyi olan şəxslərin hamısının demək olar ki, az və ya çox dərəcə də reabilitasiyaya ehtiyacı var:

 

"Elə insan var ki, onları reabilitasiya xidmətinə cəlb edə bilsək, yüksək nəticə əldə edəcəyik. Bu halda onun əlilliyinin dərəcəsinin aşağı salınmasını, fiziki məhdudiyyətini aradan qaldıra bilərik. Amma elə insan var ki, xəstəliklə, sosial mühitlə əlaqədar elə nəticə əldə edə bilmərik. Çünki əlilliyi olan hər bir insanın özünəməxsus reabilitasiya potensialı var. Bizim hədəfimiz ümumi əlillik statusu alan şəxslərin reabilitasiya potensialının müəyyən edilməsidir. Bu günə qədər bu iş edilməyib. Biz artıq bu prosesə başlamaq istəyirik".

 

Ç.Hacıyev qeyd edib ki, Nazirlər Kabinetinin qərarına görə bu ildən fərdi reabilitasiya proqramının icrasına başlanılır.

 

O, bildirib ki, əlilliyi olan hər bir şəxsin reabilitasiyaya, cəmiyyətə inteqrasiyası üçün müəyyən reabilitasiya vasitələrinə ehtiyacı var. Bu proqram çərçivəsində əlilliyi olan şəxsin reabilitasiya potensialı və proqnozu dəyərləndirilməlidir:

 

"Bu halda reabilitasiya fərdi olur. Bu proqramın məqsədi ehtiyacı dəyərləndirmək və nəticəyə yönəlmiş tədbir görməkdir. Çox təəssüflər olsun ki, əlilliyi olan şəxslər reabilitasiyaya bir istirahət kimi baxır. Əlbəttə, istirahətin də reabilitasiyaya bir təsiri var. Amma reabilitasiya ağır və iki tərəfin- vətəndaşın və reabilitasiya müəssisəsinin cəlbinin lazım olduğu bir prosesdir. Vətəndaş təyin olunmuş proseslərə əməl edərək nəticəyə yönəlmiş hərəkətlər etməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib