Qazimiz hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin edildi  
12.03.2021 13:37

Vətən müharibəsində şərəfli döyüş yolu keçən Abdulla Abdullayev döyüşlərin birində ağır yaralanaraq hər iki ayağını itirib. Prezident İlham Əliyevin Sərəncamı ilə o, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib. Mingəçevir şəhər sakini olan A.Abdullayev bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib.

 

Mərkəzdə ilkin müayinəsi və müvafiq işlər aparılıb. Müəyyən hazırlıq mərhələsindən sonra isə qazi hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin olunub.

 

Xatırladaq ki, nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. Artıq 15 hərbçi müasir protezlərlə təmin olunub və bu sahədə işlər davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib