“Təbib” idman” klubuna yeni sədr təyin olunub  
12.03.2021 09:49
Martın 11-də Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev “Təbib” idman” klubuna yeni sədr təyin olunan Qələndər Aslanovu kollektivə təqdim edib.
 
Əvvəlcə uzun illər universitetin Bədən tərbiyəsi və idman kafedrasına (“Təbib” idman klubu) rəhbərlik edən, bu yaxınlarda dünyasını dəyişən professor Kamal Kəbirlinskinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Professor Sabir Əliyev K.Kəbirlinskinin Azərbaycan Tibb Universitetinin idman tarixindəki müstəsna xidmətindən söz açıb. Bildirib ki, onun rəhbərliyi altında universitet respublikanın ali təhsil məktəbləri arasında idmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda dəfələrlə birincilik qazanıb.
 
İdman sahəsində nailiyyətlərin əldə edilməsini həm də kollektiv arasında olan səmimi münasibətin nəticəsi kimi dəyərləndirən professor S.Əliyev mövcud ənənənin bundan sonra da qorunacağına inamını ifadə edib. O, klubun sədri vəzifəsinə Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanovun təyin olunduğunu diqqətə çatdırıb. Yeni sədrin kifayət qədər pedaqoji təcrübəyə malik olduğunu, eyni zamanda, idman sahəsində yadda qalan uğurlara imza atdığını deyən prorektor Qələndər Aslanova gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Mərasimdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, “Təbib” idman klubunun əməkdaşları Nərgiz Mehdiyeva, Cəlal Babayev, Ələkbər Əliəfsərov və Aybəniz Əliyeva çıxış edərək təyinatı münasibətilə Qələndər Aslanovu təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib