Slovakiyanın Səhiyyə naziri istefa verib
12.03.2021 09:57

Koronavirus pandemiyasına qarşı mübarizənin təşkilində hökumət səviyyəsində böhran yaşanan Slovakiyada Səhiyyə naziri Marek Krayçi tutduğu vəzifədən istefa verib.

 

Aztibb.az xəbər verir ki, M. Krayçi hökumətdə təmsil olunan iki partiyanın şərtləri əsasında bu addımı atdığını elan edib. Dörd partiyadan ibarət koalisiyalı hökumətdə təmsil olunan “Azadlıq və Həmrəylik“ və “İnsanlar naminə“ partiyaları səhiyyə nazirinin istefa verməyəcəyi təqdirdə, hökuməti tərk edəcəklərini bəyan etmişdilər.

 

M. Krayçi istefasını “məsuliyyət aktı“ və hökumətin fəaliyyətinin qorunması üçün addım kimi dəyərləndirib. İstefa tələbinə səbəb kimi isə Rusiya istehsalı olan “Sputnik V“ peyvəndinin alışı və tətbiqi göstərilib.

 

Slovakiyanın Baş naziri İqor Matoviç hökumətdə təmsil olunan partiyaların səhiyyə nazirini istefaya məcbur etməsini “koalisiya tərəfdaşlarının qeyri-əxlaqi qərarı“ adlandırıb və Krayçin vəzifə başında qalaraq “Sputnik V“ peyvəndi ilə vaksinasiya kampaniyasını həyata keçirməlidir.

 

Qeyd edilməlidir ki, hazırda slovak hökuməti koronavirus böhranının idarə edilməsi ilə bağlı ciddi tənqidlə üzləşib. Ölkə əhali sayına görə nisbətdə dünya üzrə həm yoluxma, həm də ölüm statistikasında ən ön yerlərdən birini tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib