Avropada koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib
12.03.2021 09:54

Avropa İttifaqı ölkələrində koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib.

 

Aztibb.az xəbər verir ki, martın 11-də Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin tətbiqini tövsiyə edib. Bunun ardınca isə Avropa Komissiyası peyvəndin istifadəsinə icazə verib. Komissiya prezidenti Ursula von der Leyen bu barədə öz “Twitter“ hesabında paylaşım edib və Avropa bazarına daha təhlükəsiz və təsirli peyvənd maddələrinin daxil olduğunu qeyd edib.

 

“Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin digərlərindən fərqli əsas xüsusiyyəti onun istifadə dozasının cəmi bir komponentdən ibarət olmasında və adi məişət soyuducularında belə saxlana bilməsindədir.

 

ABŞ-da iki həftə bundan əvvəl istifadəsinə icazə verilən peyvəndin Avropa ölkələrinə çatdırılması hələ bir neçə həftə çəkəcək. Avropa İttifaqı şirkətə ümumilikdə 200 milyon peyvənd dozası sifariş verib, onların 55 milyonu bu ilin ikinci rübü ərzində istehsalçı tərəfindən müvafiq ölkələrə çatdırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib